Şəhid Xudayar və döyülən Fuad
30 aprel 2021 09:58 (UTC +04:00)

Şəhid Xudayar və döyülən Fuad

Şəhid Xudayarın qardaşına və qohumlarına cinayət işi açıldı - RƏSMİ

Şəhid Xudayar Yusifzadəni ələ salan Fuad Rəsulzadəni döyən şəxslərin kimliyi bilinib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri , polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, həmin görüntülər sosial şəbəkədə yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və cinayət işi başlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadə bir müddət öncə "Tvitter"də "Əhməd" hesabı ilə şəhid Xudayar Yusifzadə barəsində istehza dolu paylaşım etmişdi. Bundan sonra o, həmin paylaşımı özüyazdığını etiraf edib. Ötən gün isə onun naməlum şəxslər tərəfindən döyüldüyü görüntülər sosial şəbəkədə geniş yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24156
avatar

Mehman Nəbiyev

Oxşar yazılar