General-polkovnik Arzu Rəhimov şəhid ailəsi ilə görüşdə
20 mart 2021 16:15 (UTC +04:00)

General-polkovnik Arzu Rəhimov şəhid ailəsi ilə görüşdə

Şəhid ailələri bayram münasibətilə ziyarət olundu -FOTO

Novruz bayramı münasibətilə şəhid, qazi və veteran ailələri ziyarət olunub.

Bu barədə məlumatı Lent.az-a  "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, hər il şəhid, qazi və veteran ailələri ziyarət olunur. Onun sözlərinə görə, bu ziyarətlər həmin ailələrin problemlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun göstərişi ilə xidmətin bütün bölgələrindəki əməkdaşlar hər il bayram münasibətilə şəhid, qazi və müharibə veteranı ailələrini ziyarət edirlər. Bu, artıq 5 ildir ki, bir ənənəyə çevrilib. Hər il Novruz bayramında, Dünya Azərbaycanlılarının Həmrəylik günündə, Qurban və Ramazan bayramlarında şəhid və qazi ailələri, 20 yanvar faciəsində şəhid olanların ailələri ziyarət olunur. Bu zaman onların ailələrinə sovqat aparılır, problemləri dinlənilir. Əgər problem xidmətin imkanları daxilindədirsə, həll olunur. Əks halda ailənin problemi xidmət rəisi tərəfindən aidiyyatı orqanlara bildirilir. Bu bayram ziyarətlərində həmin ailələrin ölkəmiz üçün nə qədər dəyərli olmasını bildirmək, onları təbrik etmək böyük əhəmiyyət daşıyır. Şəhidlərin xidməti heç nə ilə ödənməz. Onlar dövlətimizin ikiqat vətəndaşlarıdır.

Himnimizin sözlərində deyildiyi kimi, "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu". Şəhidlərimiz də öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir. Ümid edirəm ki, digər dövlət qurumları da bu prosesə qoşulacaq və həmin ailələrin problemlərini həll etmək üçün səy göstərəcəklər".

Emin Həsənli, onu da bildirib ki, Xidmət rəisi başda olmaqla Xidmətin əməkdaşları ilə  Vətəndaş Cəmiyyəti üzvləri, KİV baş redaktorları, QHT sədrləri ilə birlikdə  şəhid ailələrin  ziyarət edirlər: "Bu da dövlət qurumlarının ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı baxımdan çox önəmlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Oxşar yazılar