Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında arabir güclənən xəzri küləyinin əsəcəyi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.