Yağış, qar, güclü külək  - Sabahın HAVASI
15 yanvar 2025 14:01 (UTC +04:00)

Yağış, qar, güclü külək - Sabahın HAVASI

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşama doğru yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. 

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.  
 
Azərbaycanın rayonlarında  hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.    
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Oxşar yazılar