Sabah hava necə olacaq? -  PROQNOZ
28 dekabr 2020 13:38 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə olacaq. 

Tibbi-meteoroloji proqnoza gəldikdə, dekabrın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606

Oxşar yazılar