Sabah hava çiskinli olacaq - PROQNOZ
05 fevral 2021 12:59 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Fevralın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2239

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37