Sabah güclü külək əsəcək -  HAVA PROQNOZU
22 noyabr 2022 12:20 (UTC +04:00)

Sabah güclü külək əsəcək - HAVA PROQNOZU

Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 23-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax , Quba-Xaçmaz, Quba-Qusar, Qusar-Xudat , Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Yevlax-Xocalı-Laçın, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

# 1806
avatar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05