Sabah da qar yağacaq,  yollar buz bağlayacaq   - HAVA PROQNOZU
09 yanvar 2023 12:52 (UTC +04:00)

Sabah da qar yağacaq, yollar buz bağlayacaq - HAVA PROQNOZU

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.

Yollar buz bağlayacaq.

# 3465
avatar

Oxşar yazılar