Oktyabrın 21-də avtomobil yollarında vəziyyət məlum olub.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.