Rusiyaya işləməyə gedənlərin  NƏZƏRİNƏ: yeni şərt var...
17 aprel 2024 11:36 (UTC +04:00)

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni şərt var...

Rusiyanın Amur vilayətində qubernator Vasili Orlov əcnəbilərin nəqliyyat və ticarət sahələrində patentlə işləməsini qadağan edən fərman imzalayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, regional hökumətin mətbuat xidmətinin məlumatına görə, bu gün vizasız ölkəyə (Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Ukrayna) gələn vətəndaşlar patentdən istifadə etməklə işləyə bilərlər.

Onlar, bir qayda olaraq, xüsusi ixtisas tələb etməyən vakansiyalar (sürücülər, satıcılar, yükləyicilər, köməkçi işçilər, təmizləyicilər) tuturlar. İşəgötürənlərə tövsiyə olunur ki, imzalanmış qətnaməni nəzərə alaraq kadr məsələlərini tez bir zamanda qaydaya salsınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Oxşar yazılar