Rey Kərimoğlu reabilitasiya mərkəzinə  yerləşdirildi
28 fevral 2024 16:07 (UTC +04:00)

Rey Kərimoğlu reabilitasiya mərkəzinə yerləşdirildi

Yüksək təzyiqdən əziyyət çəkən tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reabilitasiya Mərkəzinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Rey Kərimoğlu özü məlumat verib.

Qarabağ qazisi bildirib ki, o, bir müddət bu bərpa mərkəzində müalicəsini davam etdirəcək. 

Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılmasından sonra Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb. 

Qeyd edək ki, Qarabağ qazisinin səhhəti hələ də normallaşmayıb.

# 3444
avatar

Oxşar yazılar