Ramazan bayramını qeyd edərkən bu qaydalara DİQQƏT : Bəs, fitrə nə qədərdir?
07 may 2021 19:58 (UTC +04:00)

Ramazan bayramını qeyd edərkən bu qaydalara DİQQƏT: Bəs, fitrə nə qədərdir?

Artıq ikinci  ildir ki, Ramazan ayı pandemiya ilə mübarizə dönəminə təsadüf edir. Belə olduqda oruc tutan insanları koronavirusdan qorunma tədbirləri ilə bağlı bir neçə nüans maraqlandırır. İnsanlar çalışırlar ki, həm orucunu pozmasın, həm də koronavirusla mübarizənin qayda və tələblərini düzgün icra  etsinlər.

İlahiyyatçı Samir Həmidov Lent.az-a açıqlamasında bildirib ki, insanların kütləvi toplaşıb bayram qeyd etməsi məqsədəuyğun deyil.

“İnsanlar kütləvi məclislərdə daha çox yoluxurlar. Yoluxma təhlükəsini azaltmaq, sağlamlığımızı qorumaq naminə bu cür kütləvilikdən, insanların sıx olduğu tədbirlərdən  uzaq durmaq vacibdir”.

Onu da qeyd edək ki, bütün dünyada COVID-19 virusuna yoluxma halları yenidən çoxalmaqdadır. Aprelin 29-dan etibarən qardaş Türkiyə tam olaraq qapanma rejiminə keçib. Misirdə Ramazan bayramı ilə bağlı xeyriyyə məclisləri qadağan olunub, Dağıstan müftisinin müsəlmanları pandemiyaya görə əhalini məscidlərə getməkdən çəkindirmək üçün çağırışlar edib.

İlahiyyatçı deyir ki, ölkəmizdə tam qapanma olmasa da, insanların kütləvi toplaşmamasını məsləhət görürlər.

“Koronavirusa qarşı mübarizəmizdə əzmli olaq. İftar süfrələrində kütləvi yığışmaq olmaz, həmçinin Ramazan bayramı günü də bu qaydaya riayət olunmalı, müvafiq məsafələr qorunmalıdır. Nə qədər müqəddəs bir ayda olsaq da, qapalı məkanlarda 15-20 nəfərin toplaşması infeksiyaya yoluxmaq baxımından doğru deyil. Yaxşı olar ki, əl yelləməklə, baş tərpətməklə və ya əli sinəyə qoymaqla salamlaşmaq variantlarından birini seçsinlər”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasından verilən məlumata görə, bu il fitrə zəkatının minimum 5-10 manat civarında olacaq. Ola bilər ki, bir insan ailə başına 25-30 manat verə bilər. Bu onun maddi durumundan asılıdır. Fitrə zəkatı  bayram axşamı çıxmalıdı və ehtiyacı olan insanlara verilməlidir. 

Sonda onu da əlavə edək ki, keçən il Operativ Qərargahın qərarına əsasən məscidlər müvəqqəti olaraq bağlanmışdı. Bu il də məscidlər bağlı olduğuna görə namazlar onlayn şəkildə qılınacaq. Yəni, bayram namazı məscidlərdən canlı olaraq yayımlanacaq. Vətəndaşlar da evlərində bunu izləyərək bayram namazını qıla bilərlər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5070
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar