Bu gün Ramazan ayının on ikinci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:44-dür.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on ikinci gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm, ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!"
Allah orucunuzu qəbul etsin!