Quru sərhədlərlə bağlı YENİ QƏRAR:  Bu vətəndaşlara İCAZƏ VERİLDİ
21 iyul 2022 14:30 (UTC +04:00)

Quru sərhədlərlə bağlı YENİ QƏRAR: Bu vətəndaşlara İCAZƏ VERİLDİ

Türkiyə vətəndaşlarına quru sərhədini keçməklə Azərbaycandan çıxmağa icazə verilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.

# 7173
avatar

Oxşar yazılar