Qar bu yollarda hərəkəti  İFLİC   etdi
14 yanvar 2022 10:56 (UTC +04:00)

Qar bu yollarda hərəkəti İFLİC etdi

Ötən gecədən başlayaraq Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayon daxili yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətdə çətinlik yaradıb, gecədən səhərədək 50-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olublar. Hazırda DYP əməkdaşları yollarda nəqliyyatın hərəkətinə nəzarət edir. Bu yollardakı dolaylarda qar və buzlaşma ilə əlaqədar təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti qismən bərpa olunub. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.

Qeyd edək ki, İsmayıllı və Şamaxı rayonlarına 15-20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25-30 santimetr hündürlüyündə qar yağıb. Hazırda yağıntı davam edir.

 

# 1314
avatar

Oxşar yazılar