Qan vermənin sağlamlığa  faydası   varmı? - CAVAB
06 aprel 2024 15:38 (UTC +04:00)

Qan vermənin sağlamlığa faydası varmı? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu qanvermə ilə bağlıdır.

Maraqlıdır, görəsən, qan vermənin sağlamlığa hər hansı bir faydası varmı?

Lent.az xəbər verir ki, qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Verilən qan standart olaraq 450 ml-dir. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə daim qan verən donorlar adi insanlar ilə – yəni qan verməyənlərlə müqayisədə 5 il daha çox yaşayırlar. Bunun səbəbi isə, immunitetin müntəzəm stimullaşdırılması ilə bağlıdır. Çünki, qan verən insanda yeni qanın yaradılması prosesində praktiki olaraq orqanizmin bütün hüceyrələri yenilənir.

Odur ki, biz qan verməklə, sadəcə xeyirxahlıq etməklə yalnız qan köçürülməsinə, həyati ehtiyacı olan kimisə ölümün pəncəsindən xilas etməklə qalmırıq, həm də özümüzü yeniləyirik daha sağlam və yaxşı görünüş sahibi oluruq. Ən əsas faydası isə qan verərək heç tanımadığın bir insana həyat bəxş edə bilərsən.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6639
avatar

Arzu Qurbanlı

Oxşar yazılar