"Qadir İbrahimlinin bütün orqanlar sistemi pozulub" - jurnalistin həkimi DANIŞDI
19 may 2022 17:20 (UTC +04:00)

"Qadir İbrahimlinin bütün orqanlar sistemi pozulub" - jurnalistin həkimi DANIŞDI

Tanınmış jurnalist Qadir İbrahimlinin vəziyyəti çox ağırdır. 

Bu barədə Lent.az-a onu müalicə edən həkim Vidadi Həsənov məlumat verib.

Həkim bildirib ki, Qadir İbrahimlinin bütün orqan sistemləri pozulub:

“Qadir İbrahimlinin vəziyyəti çox ağır olaraq qalır. Qaraciyər çatışmazlığı, alkoqol mənşəli sirroz, şəkər problemləri var. Bütün orqanlar sistemi pozulub. Hazırda da vəziyyəti çox pisdir. Allah şəfa versin!”.

***

saat 13:47

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xəstəxanaya yerləşdiriləmn jurnalist Qadir İbrahimli ilə bağlı dövlət qurumlarına müraciət edib. 

Lent.az xəbər verir ki, Ə.Amaşov bu barədə "facebook" hesabında paylaşım edib:

"Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir. Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə də əlaqə saxlamışıq. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümüd edək ki, səhhəti düzələcək".

***

saat 13:16

TƏBİB jurnalist Qadir İbrahimlinin durumu ilə bağlı açıqlama yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, jurnalist kəskin qaraciyər serrozu diaqnozu ilə dünən M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib: "Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır".

***

saat 12:13

Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb. 

Bu barədə Lent.az-a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib. O bildirib ki, Qadir İbrahimli Respublika Klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Vəziyyəti ağırdır. Ona qara ciyər sirrozu diaqnozu qoyulub. Qeyd edək ki, jurnalist şəkərdən də əziyyət çəkir.

O, hazırda ciddi həkim nəzarətindədir. 
 

# 9297
avatar

Aytəkin Cəlali

Oxşar yazılar