Qadın rektor və məktəb direktorlarının sayı AÇIQLANDI
24 noyabr 2021 13:26 (UTC +04:00)

Qadın rektor və məktəb direktorlarının sayı AÇIQLANDI

Azərbaycanda 2021-ci ilin əvvəlinə dövlət qurumlarındakı qadın təmsilçilərin statistikası açıqlanıb.

Lent.az xəbər verir ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimində deyib ki, ölkədə 93 qadın hakim var:

 "Yerli icra hakimiyyəti başçının müavinlərindən 72-si, nazir müavinlərindən 8-i, yerli icra başçılarından isə 2-si (Abşeron və Sədərək rayonunun icra başçıları) qadındır".

O, 2020-2021-ci tədris ilinin əvvəlində qadın rektor və məktəb direktorlarının sayını da açıqlayıb:  "Azərbaycanda 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1925

Oxşar yazılar