Polis növbəti dəfə XAHİŞ ETDİ:  qadağalara ciddi riayət edin!
17 aprel 2021 09:56 (UTC +04:00)

Polis növbəti dəfə XAHİŞ ETDİ: qadağalara ciddi riayət edin!

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 16-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İçlər Nazirliyindən Lent.az-a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə DİN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar