Pensiyanın yenidən hesablanması necə aparılır? - CAVAB
01 iyul 2024 11:17 (UTC +04:00)

Pensiyanın yenidən hesablanması necə aparılır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın hesablanması ilə bağlıdır.

Maraqlıdır, görəsən, ümumi əsaslarla yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Lent.az xəbər verir ki, yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun  37.3.1-ci maddəsinə əsasən yenidən  hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn,  pensiya təyin edilib 01.01.2017-ci ildə. İşdən çıxıb 01.03.2019-cu ildə, yəni 6 il tamam olmadan. 01.01.2017-01.03.2019-cu ilərdəki kapitalı 90%-lə nəzrə alınmaqla 118-ə bölünəcək (144 ay -26 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=118).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5475
avatar

Arzu Qurbanlı

Oxşar yazılar