Öz qəbrini qazdı,   gecə orada yatır: Vəsiyyətini etdi
10 fevral 2025 19:03 (UTC +04:00)

Öz qəbrini qazdı, gecə orada yatır: Vəsiyyətini etdi

Amasyanın Suluova rayonundan olan 78 yaşlı vətəndaş heç kimə problem yaratmamaq üçün ölməzdən əvvəl məzarını qazıb. Gecələr öz məzarına gəlib orada yatan, kürəklə yer qazaraq dəfninə hazırlaşan qoca görənləri təəccübləndirir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Suluova rayonunun Salucu kəndində həyat yoldaşı ilə yaşayan və təsərrüfat işləri ilə məşğul olan 78 yaşlı Ahmet Karabela öz məzarını qazıb.

Qəbrini xüsusi hazırlayan Ahmet Karabela onun ölümündən sonra meyitxanaya qoyulmamasını və muhtarın onu yumasını istəyib.
Heç kimə əziyyət verməmək üçün qəbrimi özüm qazdım

Beş uşaq atası olan Karabela yağışdan təsirlənməsin deyə neylon və dam parçaları ilə örtdüyü qəbrin yanına gələrək deyib: "Heç əziyyət olmasın deyə öz qəbrimi qazmışam. Allah qismət edərsə, məni burada dəfn etsinlər".

150 təsərrüfatlı kənddə birinin ölümü minarədən elan edildikdən sonra qəbir qazma işinə başçılıq etməsi ilə tanınan Karabela əavə edib: "Hər kişi belə qəbir qaza bilməz. Allah mənə güc verib. Gecələr qəbrimə gəlib orada yatıram. Çünki bura mənim yerimdir".

Kənndə qazılan bütün qəbirlərdə əməyi var

Kənd muxtarı Yusuf  Taşova Ahmetin kənddə çox sevildiyini söyləyib: "Kənddə qazılan bütün qəbirlərə öz töhfəsini verib. Hər kəsə kömək edib. Heç kimin qəlbini qırmayıb. Allah ona uzun ömür versin".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2629

Oxşar yazılar

"Bağırov" tuneli açıldı - VİDEO

"Bağırov" tuneli açıldı - VİDEO

16 aprel 2025 , 14:11
Bakıya leysan,  rayonlara qar yağacaq  - Sabahın HAVASI

Bakıya leysan, rayonlara qar yağacaq - Sabahın HAVASI

16 aprel 2025 , 12:55
Benzinə 90 faiz qənaət etməyin YOLU

Benzinə 90 faiz qənaət etməyin YOLU

16 aprel 2025 , 12:41
Dövlət Sosial Müdafiə Fonduna  yeni sədr  təyin olundu

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

16 aprel 2025 , 11:37
Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT +VİDEO

Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT+VİDEO

16 aprel 2025 , 11:23
Bakıda 92 marşrutda   gecikmə var

Bakıda 92 marşrutda gecikmə var

16 aprel 2025 , 11:14
Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

16 aprel 2025 , 11:09
Hazırda bu yollarda tıxac var - SİYAHI

Hazırda bu yollarda tıxac var - SİYAHI

16 aprel 2025 , 10:18