"Omicron"a yoluxan insanlarda ən çox BU ƏLAMƏT  olur
09 fevral 2022 15:31 (UTC +04:00)

"Omicron"a yoluxan insanlarda ən çox BU ƏLAMƏT olur

“Omicron” koronavirusun mutasiyalarından biridir. “Omicron”da xəstəliyin gizlin dövrü çox qısadır. Dünya ölkələrində həmin ştamın da müəyyən növləri var”.

Lent.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bu xəstəlik 3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: 

“Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi qeyd edib ki, digər infeksiyalarda 38-39 qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: 

“Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6558
avatar

Fidan İlqar

Oxşar yazılar