Oğurluq edən baş həkimin  YERİNƏ TƏYİNAT
25 fevral 2022 11:43 (UTC +04:00)

Oğurluq edən baş həkimin YERİNƏ TƏYİNAT

Masallı rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Lent.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Eşqin Əliyev təyinat alıb. 

Qeyd edək ki, ötən ilin noyabrında Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı. 

Görüntülər yayıldıqdan sonra Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edildi. Onun vəzifəsini müvəqqəti icrası İlqar Ramizoğluna həvalə edilmişdi.

Oğurluq edən baş həkimin videosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Fidan İlqar

Oxşar yazılar