"Nikah müqaviləsi məcburi olmalıdır" - Fazil Mustafa
18 mart 2025 12:41 (UTC +04:00)

"Nikah müqaviləsi məcburi olmalıdır" - Fazil Mustafa

Nikah müqaviləsi məcburi olmalıdır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, Azərbaycanda nikah müqavilələri könüllüdür: "Mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır. İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Avropada bu praktika var. Avropada bizim bu “gözəl” adətlərin bir çoxu yoxdur.

Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar