Müəllim dövlət qulluqçusu olarsa, hansı üstünlük əldə edir?- Ekspertdən  AÇIQLAMA
24 mart 2021 11:31 (UTC +04:00)

Müəllim dövlət qulluqçusu olarsa, hansı üstünlük əldə edir?- Ekspertdən AÇIQLAMA

“Dövlət qulluğu haqqında” qanunun 21-ci maddəsinə əsasən  dövlət qulluqçusuna layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;  lazımi qulluq şəraiti, haqqı ödənilən məzuniyyət, dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası, müvafiq istiqamət üzrə əlavə təhsilalma hüququ verilir”.

Lent.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.  O,  “Müəllim dövlət qulluqçusu olarsa, hansı üstünlük və təminat əldə edir” sualına cavab yazıb.

“Tez-tez təhsil ictimaiyyətində müəllimlərin də dövlət qulluqçusu olmaq istəyi gündəmə gətirilir. Müəllimlərin əksəriyyəti bunun üstünlük olduğunu qeyd edir. Bəs dövlət qulluqçularına hansı təminatlar verilir?

Dövlət qulluqçularının aşağıdakı təminatları var:

- Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

- Pensiya təminatı və dövlət sosial sığortası;

- Qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

- İcra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

- Dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

Dövlət qulluqçusu bu qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə də keçirilə bilər.

Qeyd edim ki, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar