Metroda gediş haqqı artırılacaq? -  AÇIQLAMA
09 iyul 2021 13:55 (UTC +04:00)

Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

“Bakı metropoliteni” QSC sərnicin daşıma qiymətinin artırılması və qiymətin yenidən tənzimlənməsi ilə bağlı bu günədək Tarif Şurasına müraciət ünvanlamayıb.

Lent.az APA-ya istinadla bildirir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələyə dair metropoliten dəfələrlə mövqeyini bildirərək aydınlıq gətirib.

“Metropoliten hər dəfə sərnişin daşımaya bağlanarkən, bu məsələlər xüsusi gündəmə gəlir. Biz bunu təbii ki, anlayışla qarşılayırıq, çünki metropoliten pandemiyadan ən çox zərər görən müəssisələrdən biridir və bu sualların aktual olması da normaldır. Lakin Bakı metropolitendə sərnişin daşıma qiymətinin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə daxil olan bir məsələdir. Metropoliten aidiyyatı dövlət strukturları qarşısında o cümlədən Tarif Şurası qarşısında da hesabat verir. Bu hesabatlar illik və müntəzəm olaraq təqdim olunur. Lakin konkret olaraq sərnişin daşıma qiymətinin qaldırılması və yenidən tənzimlənməsi ilə bağlı bu günədək Bakı metropoliteni Tarif Şurasına müraciət ünvanlamayıb”, - B. Məmmədov qeyd edib.

O, metropolitenin bir aya yaxın fəaliyyətinin bərpa edilməsindən danışarkən bildirib ki, yeraltı nəqliyyatın sərnişin daşımasında müəyyən fərqliliklər mövcuddur.
“Pandemiya dövrü, xüsusi karantin rejimi uzadıldığı üçün metropolitenin sərnişin sayında azalmalar var. İyun ayı ərzində metropoliten təxminən 350 – 400 min arası sərnişin daşıyıb. Bu, metropolitenin son dəfə normal fəaliyyət göstərdiyi 2019-ci ilin eyni ayı ilə müqayisədə təxminən iki dəfəyə yaxın azdır”, - B. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar