Maşınla əks yola çıxmağın cəzası nədir? - CAVAB
14 sentyabr 2023 16:27 (UTC +04:00)

Maşınla əks yola çıxmağın cəzası nədir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu maşınla əks yola çıxmaqla bağlıdır.

Maraqlıdır, görəsən, maşınla əks yola çıxmağın cəzası nədir?

Lent.az xəbər verir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozan şəxslər 40 manat cərimələnir. 

İXM-nin 327.2-ci maddəsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozan şəxslər 80 manat və 3 balla cərimələnir.

Bundan əlavə həmçinin İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən və 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edən şəxslər 150 manat və 6 balla cərimələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16284
avatar

Arzu Qurbanlı

Oxşar yazılar