Maşında polis yazısı gəzdirənlərə XƏBƏRDARLIQ
21 fevral 2024 12:48 (UTC +04:00)

Maşında polis yazısı gəzdirənlərə XƏBƏRDARLIQ

Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı, yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıqda bildirilib:

"Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.     

Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22332
avatar

Oxşar yazılar