Liseylərə qəbul üçün elektron qeydiyyat başladı
25 may 2021 16:07 (UTC +04:00)

Liseylərə qəbul üçün elektron qeydiyyat başladı

Mayın 25-də 2021-2022-ci tədris ili üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey siniflərinə qəbul üçün elektron qeydiyyat başlayıb.

Lent.az xəbər verir ki, Texniki-Humanitar Lisey, 2 saylı Texniki-Humanitar Lisey, 147 saylı Texniki-Humanitar Lisey və 291 saylı Ekologiya Liseyinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və seçdiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat iyunun 5-də başa çatacaq.

Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər təlim dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Müsabiqənin iyunun 16-sı (6-cı sinfə qəbul), iyunun 17-si (V sinfə qəbul), iyunun 18-i (VII sinfə qəbul), iyunun 21-də (VIII və IX siniflərə qəbul) təşkil olunması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3903
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar