Liseyə hazırlaşan şagirdlərə ŞAD XƏBƏR
29 may 2025 09:25 (UTC +04:00)

Liseyə hazırlaşan şagirdlərə ŞAD XƏBƏR

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Lent.az-a ARTİ-dən bildirilib ki, şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə lisey və gimnaziyalara qəbula edilmiş dəyişikliyə ictimaiyyət tərəfindən mənfi reaksiyalar verilmişdi. Valideynlər imtahana sayılı günlər qaldığı halda edilmiş dəyişikliklə bağlı etiraz aksiyaları keçirirdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3440

Oxşar yazılar