KTMT-nin saytı SINDIRILDI
14 sentyabr 2022 16:23 (UTC +04:00)

KTMT-nin saytı SINDIRILDI

KTMT-nin saytı sındırılıb və DDoS hücumuna məruz qalıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Təşkilatın katibliyinin mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 13-də saat 23:00 radələrində KTMT-nin www.odkb-csto.org rəsmi saytı DDoS hücumuna məruz qalıb", - məlumatda deyilir.

Qeyd olunur ki, resursun fəaliyyəti pozulub, bəzi məlumat xarakterli mesajlara icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək giriş mümkün olmayıb.

Hazırda sayt qismən bərpa edilib, icazəsiz müdaxilənin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür.

# 1845
avatar

Oxşar yazılar