Koronavirusa yoluxanlar azaldı, ölənlər çoxaldı -  SON STATİSTİKA
17 dekabr 2021 16:37 (UTC +04:00)

Koronavirusa yoluxanlar azaldı, ölənlər çoxaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib, aktiv xəstə sayı 16734 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 804, ötən müddət ərzində isə ümumilikdə 5 729 433 test aparılıb.

# 2805
avatar

Oxşar yazılar