Koronavirusa yoluxan qadın uşaq doğub  ÖLDÜ
27 oktyabr 2021 16:05 (UTC +04:00)

Koronavirusa yoluxan qadın uşaq doğub ÖLDÜ

Türkiyədə koronavirusa yoluxan hamilə qadın doğuşdan sonra ölüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı Nafiye Epçin 33 həftəlik hamilə olarkən koronavirusa yoluxub. Tokat şəhərində müalicə alan hamilə qadının oktyabrın 17-də vəziyyəti ağırlaşıb və xəstəxanalardan birinə yerləşdirilib. İki gün sonra övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Bundan sonra vəziyyəti pisləşən 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 25-də, doğumdan 6 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, uşaq indi xəstəxanadadır və vəziyyəti qənaətbəxşdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5256
avatar

Aytəkin Cəlali

Oxşar yazılar