Kimlərə icbari tibbi sığorta şamil edilmir? - CAVAB
01 dekabr 2023 11:41 (UTC +04:00)

Kimlərə icbari tibbi sığorta şamil edilmir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu icbari tibbi sığortadan istifadə ilə bağlıdır.

Maraqlıdır, görəsən, kimlərə icbari tibbi sığorta şamil edilmir?

Lent.az xəbər verir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla)  icbari tibbi sığorta şamil edilmir.

Bundan əlavə, "Tibbi sığorta haqqında" Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) icbari tibbi sığorta şamil edilmir.

# 24408
avatar

Arzu Qurbanlı

Oxşar yazılar