Bakıda küçədə yatan qadın
15 mart 2021 12:37 (UTC +04:00)

Bakıda küçədə yatan qadın

Keçiddə yatan qadınla bağlı YENİ XƏBƏR

Bakıda küçədə yatan qadın xəstəxanaya göndərilib.

Lent.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov özünün “Facebook” hesabında məlumat paylaşıb. Onun yazdığına görəi, Bakının mərkəzində yeraltı keçiddə gecələyən qadın öz razılığı ilə sığınacağa yerləşdiriləcək:

“Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı əldə etdiyimiz andan Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi. Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq. Proses barədə narahat olan və xəbər verən hər kəsə təşəkkür edirik! Məsələyə operativ müdaxilə edən DİN əməkdaşlarına minnətdarlığımızı bildiririk!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar