Kaş söz soxaydın, bıçaq yox!
10 noyabr 2022 16:36 (UTC +04:00)

Kaş söz soxaydın, bıçaq yox!

İstəsək də, istəməsək də meyxanaçı Rəşad Dağlı sosial şəbəkələrin gündəmidir. Bir qədər də detala varsaq, Rəşadın törətdiyi...

Rəşad qətl törədib. İsgəndər adlı birini vurub öldürüb. İsgəndərin bir qədər öncə həbsdən çıxdığı deyilir. Hə, o da deyilir ki, adam barıqa imiş, narkotik satışını təşkil edirmiş.

Ölkədən narkotik satışına, dövriyyəsinə qarşı amansız mübarizənin getdiyi heç kimə sirr deyil. Polis hər gün az qala onlarla zəhər satanı həbs edir. İstər mediada, istərsə də sosial şəbəkələrdə xəbərlərlə rastlaşan Azərbaycan insanı təbii ki “Allah kökünüzü kəssin” kimi nifrinlər yağdırır həmin adamlara. Çünki narkotik sözün həqiqi mənasında gəncləri ağlasığmaz bir mərəzə düçar edib.

Rəşadda da isə necə deyərlər, durum bir qədər fərqlidir. Bu gülərüz, hazırcavab, dostcanlı meyxanaçı etiraf edək ki, xeyli adamın rəğbətini qazanmış biridir. Ona görə də Dağlının bu hərəkətindən təəssüf hissi keçirənlərlə bərabər, az qala onun hərəkətinə bəraət qazandıranlar da var. 

Bu arada bir gənc partiya sədri isə - Allah eləməmiş, bu adam bütün çıxışlarında hakimiyyətə gəlib hüquqi dövlət qurmaqdan dəm vurur - az qala açıq yazır ki, Rəşad düz edib adam öldürüb. İstər dində, istərsə də dünyəvi qayda və qanunlarda adam öldürməyə bəraət yoxdur. Heç nə insan öldürməyə bəraət qazandırmır. Bu, ağır cinayətdir. Cinayətkara isə Azərbaycan qanunvericiliyinə görə, uzun müddətli həbs düşür.

İnsan hətta özünü müdafiə tədbiri nəticəsində adam öldürübsə belə, yenə cəzasını çəkməlidir. Çünki insan həyatına son qoyub. Cəzası az, ya bir qədər çox ola bilər. Amma cəzasız qalmamalıdır. 

Hə, insan öldürməyə bir halda haqq qazandırmaq olar. Vətən, torpaq uğurunda düşməni öldürmək. Bu, imandandır.

Hə, Rəşad qatildir. Motivinə görə, onun hərəkətinə bəlkə də haradasa təəssüf etmək olar. Amma haqq qazandırmaq, əsla! 

Rəşad meyxanaçıdı. Savadına və hazırcavablığına söz ola bilməz. Necə deyərlər, dediyi meyxanalarda çoxlarına söz soxa bilirdi. Kaş bu dəfə də elə edəydi. Bıçaq yox! 

# 8631
avatar

Oxşar yazılar

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

27 yanvar 2023 , 09:24
Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59