Kamran Əliyev Qusar, Quba və Xaçmaz sakinləri ilə görüşəcək
11 iyul 2024 11:27 (UTC +04:00)

Kamran Əliyev Qusar, Quba və Xaçmaz sakinləri ilə görüşəcək

Baş prokuror Kamran Əliyev iyulun 19-da, saat 10:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.

Lent.az-a BAŞ Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qusar rayonuna gəlmələrinin təşkilini rayon prokurorları keçirəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar