"İrşad Telecom" rəqib şirkətin paylaşımına rəy yazan əməkdaşını İŞDƏN QOVDU
15 fevral 2022 16:59 (UTC +04:00)

"İrşad Telecom" rəqib şirkətin paylaşımına rəy yazan əməkdaşını İŞDƏN QOVDU

"İrşad Telecom" sosial şəbəkədə rəqib şirkətin paylaşımına rəy yazan əməkdaşını işdən çıxarıb.

Bu barədə Lent.az-a işdən çıxarılan "İrşad Telecom"un satış məsləhətçisi Şahlar Həsənov özü məlumat verib. 

O qeyd edib ki, "Facebook" sosial şəbəkəsində rəqib şirkətin paylaşımına rəy yazdığı üçün işdən azad edilib.

Zərərçəkənin sözlərinə görə, bir rəyə görə işdən çıxarılmaq düzgün deyil:

"Rəy yazdıqdan bir neçə saat sonra məni rəhbərlik çağırdı. Dedi ki, ərizəni yaz çıx. Mən də ərizəmi yazıb çıxdım.

Bəlkə də düzgün deyildi o rəyi yazmağım, amma buna görə işdən çıxarmaq yanlış idi. Elə vaxt olub ki, 3-4 gün evə getmədən 24 saat işləmişəm, həm də əlavə vəsait almadan. Məni belə şeyə görə işdən azad etməkləri düz deyildi".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Fidan İlqar

Oxşar yazılar