İngiltərədən gətirilən fındıq ləpəsi yararsız çıxdı
25 iyun 2021 15:04 (UTC +04:00)

İngiltərədən gətirilən fındıq ləpəsi yararsız çıxdı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi nəzarət tədbirləri çərçivəsində İngiltərədə fəaliyyət göstərən “Kanegrade Ltd İngredients House” şirkəti tərəfindən istehsal olunan və “AzFP CO LTD” MMC tərəfindən ölkəmizə idxal edilən qovrulmuş şəkərli fındıq ləpəsi məhsuluna agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub:

"Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 0.5 ton qovrulmuş şəkərli fındıq ləpəsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371

Oxşar yazılar