İdarə rəisi cərimələndi -  SƏBƏB
19 yanvar 2021 10:49 (UTC +04:00)

İdarə rəisi cərimələndi - SƏBƏB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpünün ətrafına tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.

Xidmətin rəsmisi Ramal Bağırov Lent.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı tullantıların körpünün ətrafına və çaya atılaraq qalaqlandığı faktı təsdiqini tapıb. Faktla bağlı akt və protokol tərtib olunub:

“Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazini Yaşıllıq və təmizlik idarəsinin işçiləri tullantılardan təmizləyib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə idarəyə məcburi göstəriş verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar