HAVA KƏSKİN DƏYİŞİR:  Qar yağacaq, şaxta olacaq
13 fevral 2024 11:13 (UTC +04:00)

HAVA KƏSKİN DƏYİŞİR: Qar yağacaq, şaxta olacaq

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Lent.az-a açıqlamasında bildirib ki, fevralın 15-i və 16-na gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək.

Onun sözlərinə görə, bu günlərdə mülayim cənub-şərq küləyi əsəcək:

"Havanın temperaturu 10-15 dərəcə olacaq. Həftə sonu isə havanın temperaturunun aşağı düşməsi gözlənilir. Yaığıntılı hava şəraiti olacaq". 

Onu da qeyd edək ki, həftəsonu havanın temperaturunun kəskin aşağı enəcəyi, qar yağacağı, bölgələrdə şaxta olacağı ehtimal edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97293
avatar

Arzu Qurbanlı

Oxşar yazılar