Günəşdə güclü alışma baş verib və bu səbəbdən sentyabrın 19-da Yerdə maqnit qasırğası gözlənilir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, günəş filamentinin püskürməsi 2023-cü il sentyabrın 16-da UTC saatı ilə 04:34-də (Bakı vaxtı ilə 08:34 – red.) başlayıb. Bu hadisə, ilk dəfə UTC vaxtı ilə saat 09:12-də (Bakı vaxtı ilə 13:12 – red.) qərb əzasında müşahidə edilən halo-koronal kütləvi boşalmaya səbəb olub.
Məşəldən püskürmənin sentyabrın 19-u səhər saatlarında Yerə çatacağı bildirilir. Planetimizə təsir sentyabrın 20-də davam edəcək.
Proqnozlara görə, sentyabrın 18-də geomaqnit sahəsinin sakit və qeyri-sabit səviyyədə qalacağı gözlənilir. Sentyabrın 19-da G1-ə (kiçik maqnit qasırğası), daha sonra G2-yə (mülayim geomaqnit qasırğası) qədər artım gözlənilir. Maqnit qasırğasının G3 səviyyəsinə (güclü) çatması mümkündür.