Gəncə terrorunda  xilas etdiyi qızla   evləndi
08 dekabr 2023 13:05 (UTC +04:00)

Gəncə terrorunda xilas etdiyi qızla evləndi

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ailə qurub.

Lent.az-ın məlumatına görə, bu barədə jurnalist Lalə Azərtaş sosial şəbəkə hesabında məlumat verib.

“Gül ətirli cüməmiz mübarək. Bu gözəl gül qızımı, yəqin, xatırladınız. Sevil öz yarı ilə rəsmi nikaha girdi. Allah onları bir ömür boyu xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideyinin itirən Sevil və Hüseyinin öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. 

Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsimlərini görək. Bu özəl anınızı Lalə xala ilə (Sevilin dili ilə) bölüşdüyün üçün sağ ol, gözəl və ağıllı qızım. Öz qızlarıma arzuladığım bütün gözəllik və xoşbəxtlikləri, ən əsası sağlamlığı Sizə də arzulayıram”, - deyə Lalə Azərtaş bildirib.

Terror hadisəsi nəticəsində dağıntılar altında qalan Sevil onu sinif yoldaşının xilas etdiyini bildirib. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.

Xatırladaq ki, Sevil və Talışın nişan mərasimi ötən ilin mayında olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7533
avatar

Oxşar yazılar