Füzuliyə müntəzəm təyyarə reysləri açılır
30 iyun 2024 22:09 (UTC +04:00)

Füzuliyə müntəzəm təyyarə reysləri açılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq.

Lent.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar

Magistraturaya qəbul nəticələri  elan olunub

Magistraturaya qəbul nəticələri elan olunub

2 iyul 2024 , 19:44
İyulda gözlənilən maqnit qasırğaları:  Nə vaxt olacaq?

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

2 iyul 2024 , 18:25
Medianın COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

Medianın COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

2 iyul 2024 , 17:48
Bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

2 iyul 2024 , 16:40
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

2 iyul 2024 , 15:23
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

2 iyul 2024 , 13:36
Sabah Bakıya yağış yağacaq  - HAVA PROQNOZU

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

2 iyul 2024 , 12:37
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

2 iyul 2024 , 10:55