Gözə işıq, dəriyə cavanlıq, ürəyə güc verən çiyələk
02 iyul 2024 11:08 (UTC +04:00)

Gözə işıq, dəriyə cavanlıq, ürəyə güc verən çiyələk

Lent.az “Şəfalı bitkilər” rubrikasında bu mövsüm bol-bol yetişən çiyələyin faydalarından bəhs edir.

Çiyələyin həm meyvəsi, həm yarpaqları, həm də saplaqları faydalıdır. Ürək formasında olan bu meyvənin insan orqanizminə böyük faydaları var.

O, qaraciyərin və böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir, qanda səviyyəsi yüksələn ziyanlı xolesterini aşağı salır, böyrək, sidik yollarının iltihabını aradan qaldırır. C vitamini ilə zəngin olan çiyələyi çox yeyənlər yaddaşı möhkəmləndirir , tərkibindəki A vitamini hesabına gözün görmə qabiliyyətini yaxşılaşdırır. 

Qəbizliyi aradan qaldırır. Çiyələk yüksəlmiş qan təzyiqini aşağı salır, zəngin antioksidant mənbəyi olduğundan xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə aşağı salır, dərini hamar və parlaq edir.

 Çiyələyin tərkibindəki antosiyanin adlı qırmızı rəngli qarışıq maddələr insanın orqanizmindəki artıq yağlardan azad olmasına kömək edir. 1 fincan çiyələkdə cəmi 54 kalori olur. Çiyələk sümükləri qidalandıran kalium, K vitamini və maqneziumla zəngindir. Araşdırmalar göstərir ki, dondurulmuş və ya qurudulmuş çiyələk tozu qida borusu xərçəngindən qoruyur. Tərkibindəki B vitamin kompleksi ilə zəngin olması saç və dırnaqların sağlam uzanmasına kömək edir. Çiyələkdəki antioksidant ellagik turşu dərini daha elastik edərək erkən yaşlanmanın qarşısını alır. Çiyələk göz nurunu artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar