Ayan və anası Şövkət Əliyeva
19 may 2021 10:12 (UTC +04:00)

Ayan və anası Şövkət Əliyeva

Fotosu yayılan azyaşlının müalicəsinə başlanıldı - TƏBİB-dən AÇIQLAMA

"Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib".

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.

Elnarə Baxış bildirib ki, TƏBİB-ə daxil olan müraciətdən sonra uşağın Respublika Yanıq Mərkəzində ilkin müayinə və müalicəsi həyata keçirilib:

"Xəstəxanadan verilən məlumat görə, azyaşlının ayağında dördüncü dərəcəli yanıq xəsarətlərinin olduğu müəyyənləşib. Bu səbəbdən də ona bir ildən tez dəri köçürülməsi mümkün deyil".

Bununla belə, TƏBİB nümayəndəsi bildirib ki, Ayanın səhhəti daim nəzarətdə saxlanılacaq. O, artıq ambulator müalicəyə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3750
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar