Əvəz Zeynallı və Elçin Sadıqov  barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB
11 sentyabr 2022 04:40 (UTC +04:00)

Əvəz Zeynallı və Elçin Sadıqov  barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən Əvəz Zeynallı və Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov  ötən gün prokurorluq orqanları tərəfindən  saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

***

19.55

Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.

APA xəbər verir ki, Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb.

***

19:38

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

Vəkil Elçin Sadıqovun isə evində axtarış aparılandan sonra vəkil olduğu ofisdə axtarış davam etdirilir.

***

18:52

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı saxlanılıb.

Lent.az xəbər verir ki, Baş Prokurorluqdan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

16:30

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Lent.az  APA-ya istinadən xəbər verir ki, onun ofisində də axtarış aparılacağı deyilir.

İctimai fəal İlkin Rüstəmzadə də bu barədə yazıb.

Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

# 8550
avatar

Oxşar yazılar

Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16
® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

3 dekabr 2022 , 12:44
Sabahın havası: -10 dərəcə şaxta  olacaq

Sabahın havası: -10 dərəcə şaxta olacaq

3 dekabr 2022 , 12:37
MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

3 dekabr 2022 , 11:50
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

3 dekabr 2022 , 11:21
Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO ®

Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da - VİDEO®

3 dekabr 2022 , 10:47