Ətləri natəmiz sularla yuyan QƏSSABXANA AŞKARLANDI  - FOTO
10 may 2021 14:02 (UTC +04:00)

Ətləri natəmiz sularla yuyan QƏSSABXANA AŞKARLANDI - FOTO

Göyçayda polis və AQTA əməkdaşlarının birgə iştirakı ilə monitorinq keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının birgə iştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Sellə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sellə bağlı əhaliyə XƏBƏRDARLIQ

28 iyun 2024 , 18:08
Sabah üçün tibbi-meteoroloji PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

28 iyun 2024 , 18:06
Maqnit qasırğası  XƏBƏRDARLIĞI

Maqnit qasırğası XƏBƏRDARLIĞI

28 iyun 2024 , 17:28
Baş prokuror GÖSTƏRİŞ VERDİ:  Bu işlərə yenidən baxılacaq

Baş prokuror GÖSTƏRİŞ VERDİ: Bu işlərə yenidən baxılacaq

28 iyun 2024 , 16:57
Azərbaycanda küləklə bağlı NARINCI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı NARINCI XƏBƏRDARLIQ

28 iyun 2024 , 16:37
Sabah çimərliklərdə  şimal küləyi   əsəcək - PROQNOZ

Sabah çimərliklərdə şimal küləyi əsəcək - PROQNOZ

28 iyun 2024 , 16:35
Leysan, dolu, sellə bağlı XƏBƏRDARLIQ

Leysan, dolu, sellə bağlı XƏBƏRDARLIQ

28 iyun 2024 , 16:27
İyul ayında 43 dərəcə isti olacaq   - HAVA PROQNOZU

İyul ayında 43 dərəcə isti olacaq - HAVA PROQNOZU

28 iyun 2024 , 14:23