Dünyanın  ən yaxşı çimərlikləri   – SİYAHI
07 mart 2023 18:13 (UTC +04:00)

Dünyanın ən yaxşı çimərlikləri – SİYAHI

TripAdvisor səyahət xidməti səyahətçilərin rəyləri və təəssüratları əsasında dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, səsvermənin nəticələri onlayn platformanın rəsmi saytında dərc olunub.

Reytinqin lideri Braziliyanın Fernando de Noronha arxipelaqında yerləşən kiçik mənzərəli Baia do Sanço çimərliyidir. Qeyd edilir ki, o, uzaqda yerləşir və ona yalnız daş pilləkənləri piyada enməklə getmək olar.

İkinci yerdə Arubanın yumşaq ağ qumlu ən geniş çimərliyi olan Eagle Beach qərarlaşıb. Məlumata görə, daşsız və yosunsuz təmiz suyu var. Siyahıda üçüncü yeri Avstraliyadakı boş qumlu çimərlik Cable Beach tutur.

Səyahətçilər oranı üzmək və gün batımını seyr etmək üçün əlverişli adlandırıblar.

Bundan əlavə, dünyanın müxtəlif yerlərində daha 22 yer reytinqə daxil edilib. Onların arasında İslandiyadakı Reynisfyara, Providensialesdəki Grace Bay Beach, Portuqaliyada Praia da Falesia, Andaman və Nikobar adalarında Radhanagar Beach, Siciliyadakı Spiaggia dei Conigli və digərləri var.


 

# 2103
avatar

Oxşar yazılar