Vladimir Şatalov
15 iyun 2021 13:46 (UTC +04:00)

Vladimir Şatalov

Dünyanın ən yaşlı kosmonavtı öldü

Sovet kosmonavtı Vladimir Şatalov 94 yaşında ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 2016-cı ildən bəri, amerikalı astronavt Con Qlennanın ölümündən sonra, Şatalov kosmosa uçan dünyanın ən yaşlı iştirakçısı idi.

Şatalov 1927-ci il dekabrın 7-də anadan olub. Böyük Vətən Müharibəsi dövründə gələcək kosmonavt Qatçində müdafiə istehkamlarının tikintisində iştirak edib.

1949-cu ildə Kaçın Hərbi Aviasiya Pilotlar Məktəbini, 1956-cı ildə Hava Qüvvələri Akademiyasını bitirib. 

O, kosmosa ilk dəfə 1969-cu il yanvarın 14-də “Soyuz-4” gəmisi ilə uçub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Oxşar yazılar